Prezident Binəqədi rayonuna yeni icra başçısı təyin edib
Prezident İlham Əliyev Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun vəzifəsindən azad edilməsi barədə
sərəncam
imzalayıb.
Bununla paralel prezident Binəqədi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.
Mayın 17-də vəzifəsindən azad edilən Xaləddin İsgəndərovu
Elxan Allahverdiyev
əvəz edib.
Mətbuat yeni təyin olunan icra başçısı Elxan Allahverdiyevin bundan əvvəl bank sahəsində çalışdığını yazıb. Məlumata görə o, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.