Ağdam rayonunda sakinlər atışmadan qorunmaq üçün evlərinin həyətində xəndəklər qazıblar. Onlar deyir ki, bəzən bütün gecəni xəndəkdə keçirməli olurlar. Atəş səslərinin səngimədiyi Çəmənli kəndində isə xəndəyə sığınmaq belə təhlükəlidir. Kənd sakinlərinin bir qismi təhlükəsizlik üçün qonşu kəndlərə üz tutublar.