Ağcabədidə inanclı fəalın həbs edildiyi bildirilir

“Həbs sifarişini icra başçısı Şahin Məmmədov verib”

Source:
Nofəl Hacıyev
Nofəl Hacıyev


“Həbs sifarişini icra başçısı Şahin Məmmədov verib”

Fevralın 27-də Ağcabədi sakini, inanclı fəal Nofəl Hacıyevin saxlanıldığı deyilir.

Meydan TV-yə bu barədə məlumatı onun yaxınları verib. Onlar Nofəl Hacıyevin 60 sutka həbs edildiyini söyləyiblər:

“Səbəb isə fevralın 13-ü şəhid dəfnində ölənlərin ruhuna salavatlar deməsidir. 60 sutka həbs cəzası alıb. Onun həbsinin sifarişi rayonun icra başçısı Şahin Məmmədov tərəfindən verilib”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ağcabədi rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Polis əməkdaşı Müşviq Cümşüdov bu barədə məlumatsız olduğunu söyləyib:

“Mənim xəbərim yoxdur. Bu gün işdən icazə almışdım, getməmişdim deyə bilmirəm kimin tərəfindən saxlanıldığını”.

Ağcabədi Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərAğcabədidə inanclı fəalın həbs edildiyi bildirilir