Ağacdan ”insan” yaradan usta

Adəm meşələrdən yığdığı oduncaqları oyaraq simalar çəkir. O, incəsənətin müxtəlif sahələrində çalışsa da, gördüyü işlərlə bağlı heç bir təhsil almayıb.

Əvvəllər rəssamlıq və fotoqrafiya ilə məşğul olub.

Oyma sənəti üçün əsasən palıd ağacından istifadə edir və beləcə qazancını bu sənətlə çıxarır.

Aylıq gəliri fəsilə görə 900-3000 manat arası dəyişir. Dediyinə görə, yayda daha çox əl işi satılır, nəinki qışda.

Əl işlərinə çəkdiyi əziyyətə görə yox, simaya görə dəyər biçir. Çəkdiyi sima xoşuna gəlirsə, qiyməti baha olur. Deyir, elə bir işi olmayıb ki, qalsın, satılmasın. Əl işlərinin qiyməti 10-150 manat arasında dəyişir.

O, gününü iki yerə bölüb. Günün birinci yarısı oduncaqda oymalar edir, qalan saatlarda isə əl işlərin İçəri Şəhərdə satışa çıxarır. Alıcıları əsasən turistlərdir.

Ana səhifəVideoAğacdan ”insan” yaradan usta