Əfqan Muxtarlının aclıq aksiyasını dayandırdığı bildirilir (YENİLƏNİR)

Samir Əsədli: “Yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb”

Source: Meydan TV


Samir Əsədli: “Yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb”

NİDA hərəkatının koordinatoru Samir Əsədli 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum jurnalist Əfqan Muxtarlının 3 gün davam etdirdiyi aclıq aksiyasını dayandırdığını bildirib.

Bununla bağlı Samir Əsədli “Facebook” sosial şəbəkəsindəki profilində yazıb.

“Əfqan Muxtarlı səhhətində yaranan problem və aclıq aksiyasını dayandırmaqla bağlı ona edilən müraciəti əsas götürüb. Əfqan şəkərli diabetdən əziyyət çəkir. Üç gündür ki, yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb”, – Samir Əsədli yazıb.

Əfqan Muxtarlı aclıq aksiyasına vəkilinə edilən təzyiqlərə etiraz olaraq

başlamışdı

.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

"Sərhədsiz Reportyorlar" (RSF) beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb. “Turan”ın məlumatına görə, təşkilat həbsdə aclıq aksiyasına başlayan azərbaycanlı jurnalist Əfqan Muxtarlının səhhətindən həddindən artıq narahatdır.“Azərbaycan hakimiyyəti onun taleyinə görə məsuliyyət daşıyır və beynəlxalq ictimaiyyət onun dərhal azad edilməsinə nail olmalıdır,”- "Sərhədsiz Reportyorlar"ın bəyanatında deyilir.

Ana səhifəXəbərlərƏfqan Muxtarlının aclıq aksiyasını dayandırdığı bildirilir (YENİLƏNİR)