Proses açıq səsvermə yolu ilə həyata keçirilib
Fevralın 19-da Bakı Olimpiya stadionunda “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı ikinci tədbir keçirilib.
Komanda.az xəbər verir ki, idman təmayüllü saytların nümayəndələrinin iştirak etdiyi tədbirdə yeni yaradılan Mətbuat Komitəsinin üzvləri müəyyənləşib. Proses açıq səsvermə yolu ilə həyata keçirilib.
Komitəyə İxtiyar Əsgərov (Apasport.az), Mahir Rüstəmli (Futbol+), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Vüqar Zeynalov (Azerisport.az) və Rəşad Ergün (Komanda.az) seçilib. Rəşad Ergün işlərinin çoxluğu ilə əlaqədar üzvlükdən imtina edib.
Bundan sonra Vüsal Mahmudov (Futbolinfo.az) və İlqar Tağıyev (Het-Trik Nyus) arasında əlavə səsvermə keçirilib.
Əlavə səsvermənin nəticəsinə əsasən, İlqar Tağıyev komitəyə üzv seçilib.
Komitə 6+1 üzvdən ibarət olacaq. Digər 1 üzv isə AFFA tərəfindən seçiləcək.