Futbolçular iştirakçı olduqları oyunların nəticələrinin manipulyasiyasında günahlandırılırlar
AFFA-nın Nizam İntizam Komitəsinin qərarına əsasən, “Keşlə” futbol klubunun oyunçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovu ömürlük futboldan uzaqlaşdırıblar.
Komitənin dekabrın 1-də keçirilən iclasında qeyd edilib ki, qərar “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən qəbul edilib.
Futboldan kənarlaşdırılmaya səbəb kimi adıçəkilən şəxslərin iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasıdır.
“Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdirilsin”.
“Keşlə” klubu Azərbaycan premyer-liqasının 13-cü turunda “Neftçi” klubuna 1:3 hesablı məğlubiyyətindən sonra, buna səbəb kimi komandanın bir sıra oyunçularının bilərəkdən zəif oynamasını
göstəri
b.