Bakının Yasamal rayonu sakini Afət Quliyevanın evi, məhkəmənin qərarı olmadan – özü evdə ola-ola sökülüb.
Afət Quliyeva və qızı evləri söküldüyü üçün 2 gündür məcbur qalıb çadırda yaşayır. O, bu yolla həm də söküntüyə etirazını nümayiş etdirir. Deyir ki, evi sökülərkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.
Söküntünü etdiyi deyilən “İbrahim Q MTK”dan bildirilib ki, Afət Quliyevaya evinin əvəzinə həmin yerdə tikiləcək binadan mənzil təklif olunub. Afət Quliyeva isə bildirir ki, ona heç nə təklif olunmayıb.