“Aeroflot” Bakı-Moskva reyslərinə başlayır

Türk Hava Yolları və Azərbaycan Hava Yollarının birgə təşkil etdiyi reyslərə də buraxılış neqativ COVID 19 testi ilə həyata keçirilirdi və bu reyslərdən də bütün Azərbaycan vətəndaşları yararlana bilirdi.

Source: Specify Source


Şirkət uçuş şərtlərini açıqlayıb

Rusiyanın hava yolları şirkəti olan “Aeroflot” fevralın 18-dən Bakı-Moskva reyslərinə başlayır.

Şirkət bir müddət əvvəl reyslə bağlı məlumat yaymışdı ki, biletlər artıq satışdadır. İndi isə uçuş şərtlərini açıqlayıb. Koronavirus testi neqativ çıxmş bütün Azərbaycan vətəndaşları bu uçuşdan yararlana biləcək.

Turizmplus.az

sayt

ına aviaşirkətin Bakı nümayəndəliyindən bildiriblər.

Deyiblər ki, fevralın 18-i aviaşirkətin uzun müddətdən sonra ilk müntəzəm reysi baş tutacaq. Bu reysə bütün Azərbaycan vətəndaşları aviabilet ala bilərlər: “Müntəzəm reyslər bazar ertəsi və cümə axşamı günləri, xüsusi reyslər isə cümə və bazar günləri baş tutacaq. Turizm agentliklərindən bunu nəzərə almağı xahiş edirik. Yuxarıda qeyd olunan qayda yalnız müntəzəm reyslərə aid edilir. Bu tip uçuşlara Azərbaycan da daxil olmaqla 10 ölkəyə icazə verilib. IATA-nın rəsmi saytında artıq bu haqda məlumat var”.

Tələb edilən neqativ test nəticəsinin rus və ingilis dillərində olması istənilir. Əgər test Azərbaycan dilindədirsə, mütləq tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.

Buna qədər Azərbaycandan müntəzəm olara Türkiyənin İstanbul şəhərinə reyslər təşkil edilirdi.

Türk Hava Yolları və Azərbaycan Hava Yollarının birgə təşkil etdiyi reyslərə də buraxılış neqativ COVID 19 testi ilə həyata keçirilirdi və bu reyslərdən də bütün Azərbaycan vətəndaşları yararlana bilirdi.

“Aeroflot” aviaşirkətinin təşkil etdiyi Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslər “Şeremetyevo” Hava Limanına uçur.

Eyni zamanda, fevralın 17-dən Azərbaycanın milli aviadaşıyıcısı AZAL da Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri “Domodedovo” Hava Limanına yerinə yetiriləcək.

Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin

sayt

ındakı siyahıda qeyd edilən şəxslər COVID-19 pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir.

Azərbaycan vətəndaşlarından savayı, Moskva-Bakı istiqamətində reyslərə aşağıdakı kateqoriyalardan olan şəxslər buraxılır:


  • Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

  • ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı övladları) Azərbaycan vətəndaşı olan əcnəbilər;

  • Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

  • Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər;

  • Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Ana səhifəSosial“Aeroflot” Bakı-Moskva reyslərinə başlayır