ADY: Tbilisiyə qatarların açılması Operativ Qərargahın qərarından asılıdır

“Pandemiya vəziyyəti ilə əlaqədar ötən ilin mart ayından “Azərbaycan Dəmir Yolları” QSC sərnişin daşımalarını yalnız Abşeron dairəvi dəmir yolu xətti üzrə həyata keçirir”

Source: Specify Source


"Quru sərhədləri ilə gediş-gəliş bərpa olunduqdan sonra bu məsələyə baxıla bilər"

“Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, quru sərhədləri ilə gediş-gəliş bərpa olunduqdan sonra Bakı-Tbilisi-Bakı qatarlarının açılması məsələsinə baxmaq mümkün olacaq”.

Azərbaycan Dəmir Yolları QSC-dən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib.

“Pandemiya vəziyyəti ilə əlaqədar ötən ilin mart ayından “Azərbaycan Dəmir Yolları” QSC sərnişin daşımalarını yalnız Abşeron dairəvi dəmir yolu xətti üzrə həyata keçirir. Ölkədaxili və beynəlxlaq istiqamətlərdə isə sərnişin daşımaları dayandırılıb. Operativ Qərargahın qərarından sonra Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası məsələsi mümkün olacaq”, – açıqlamada bildirilir.

İyunun 7-də “Georgian Railway” Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqlar aparılması ilə bağlı məlumat

yaymışdı.

Ana səhifəSosialADY: Tbilisiyə qatarların açılması Operativ Qərargahın qərarından asılıdır