ADR Hərəkatı

Mənbə: Foto: arxiv

Başlıq: ADR Hərəkatı

ADR Hərəkatının piketinə icazə verilməyib

Qubad İbadoğlu: “İdarə Heyətində müzakirə olunduqdan sonra icra hakimiyyətinə cavab veriləcək”

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında təyin etdiyi piketin keçirilməsinə icazə verməyib.

İcra hakimiyyəti ADR-a cavab məktubunda bildirib ki, qeyd olunan ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq orada toplantı keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaq.

Şəhər rəhbərliyi “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”un 7 maddəsinin I hissəsini əsas tutaraq piketin keçirilməsini məqsəduyğun saymayıb.

Hərəkatın sədri Qubad İbadoğlu icra hakimiyyətinə İdarə Heyətində müzakirə olunduqdan sonra cavab veriləcəyini bildirib.

ADR Hərəkatının İdarə Heyəti uşaq pulunun bərpa olunması, pensiya yaşının artırılmasının dayandırılması, təqaüd və müavinətlərin artırılması tələbi ilə aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0ipwem

Ən çox baxılan