”ADO”nun ”Hamam”ı

ADO Teatrı 5 yaşını 6-cı məkanında qeyd etdi. Yarandığı gündən digər teatrlardan fərqlənməyə çalışan ADO bu dəfə də öz dəst-xəttini qorudu. İlk dəfə qadın etirazı “Hamam” tamaşası ilə tamaşaçıların diqqətinə çatdırıldı.

Bu qısa tamaşadan öncə isə rəssam Lyubov Mircavadovanın rəsmlərindən ibarət sərgi nümayiş etdirildi.

Fransanın Azərbaycandakı səfirinin, eləcə də Fransa İnstitutunun direktorunun, digər diplomatların iştirak etdiyi tədbirdə teatrın bədii rəhbəri Elmin Bədəlov ADO-nun yaranmasından, builki planlarından danışdı.

Daha sonra fransız aktyoru Elza Furtadonun rol aldığı “Hamam” tamaşası göstərildi.

Elmin Bədəlovun rejissoru oluğu tamaşanın əsas məqsədi bir qadının cəmiyyətə olan etırazını əks etdirməkdir. Səhnədə qurulmuş hamam, vanna, vedrə, su… Elza Furtado bütün bunlarla ifasına fərqli yön verməyi bacardı.

Tədbir muğam və caz janrının sintezi ilə müşayiət olundu. Azərbaycanlı xanəndə Qoçaq Əsgərov və fransız musiqiçi Pier Doqmanın ifası ilə tədbir başa catdı.

Ana səhifəVideo”ADO”nun ”Hamam”ı