Mənbə: Meydan Tv

ADO heç bir dövlət qurumundan icazə almadan küçə tamaşaları göstərəcək

Teatr rəhbərliyi məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək

Azərbaycan Dağınıq Oda Teatrının (ADO) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə prosesi yekunlaşıb.

Ali Məhkəmə bundan öncəki Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, ADO teatrının iddiasını təmin etməyib. Apelyasiya Məhkəməsi teatrın xeyrinə çıxarılan birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdi.

Bu haqda məlumatı Meydan TV-yə teatrın rəhbəri, rejissor Elmin Bədəlov verib.

ADO teatrı bir çox ölkədə, o cümlədən Gürcüstanda küçə tamaşaları göstərib, lakin teatrın Azərbaycanda küçə tamaşaları təşkil etməsi üçün icazə verilmir.

Mədəniyyət və Turizm Nazirliyi icazəni Bakı Şəhər İcra Hakimiyətinin, icra hakimiyyəti isə nazirliyin vermədiyini söyləyir. Teatr məsələni iki dövlət qurumunun öz aralarında həll etməsini istəyib, ancaq buna nail ola bilməyib.

Elmin Bədəlov deyib ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ADO-ya bu məsələ ilə bağlı cavab verməkdən imtina edir:

“Artıq ölkədaxili bütün hüquqi prosedurlar yekunlaşdığı üçün teatr verilən qərarla razılaşmır və heç bir quruma müraciət etmədən performanslarını küçədə nümayiş etdirməyə cəhd edəcək. Bundan sonra teatr heç bir dövlət qurumundan icazə almadan küçə performansları nümayiş etdirəcək”.

Teatr rəhbərliyi məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xqe9zg

Ən çox baxılan