Adil Qeybulla: ”Azərbaycanda dərman istehsalı yaxın gələcəyin perspektivi deyil”

“Sovet dövründə olduğu kimi yalnız müəyyən standartda dərman istehsal etmək mümkündür”

Source:


“Sovet dövründə olduğu kimi yalnız müəyyən standartda dərman istehsal etmək mümkündür”

“Azərbaycan yaxın gələcəkdə dərman istehsal etmək imkanına malik olmayacaq”. Bu sözləri Meydan TV-yə professor Adil Qeybulla deyib. Adil Qeybulla bildirib ki, sovet dövründə Azərbaycanda dərman istehsal edilib, ancaq məlhəmlər, mazlar, miksturalar: “Yəni müasir texnologiyanın təsdiqi, molekulyar biologiyanın nailiyyətləri ilə Azərbaycanda dərman istehsalı yaxın gələcəyin perspektivi deyil. Sovet dövründə olduğu kimi yalnız müəyyən standartda dərman istehsal etmək mümkündür. Amma beynəlxalq keyfiyyət parametrlərinə cavab verən dərmanları hazırlamaq mümkünsüzdür”.

Xarici mütəxəssislərin dəstəyinə gəlincə, professor deyib ki, dərman istehsalı üçün onsuz da müştərək müəssisə lazımdır: “Bunsuz keçinmək mümkün olmayacaq”.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, yaxın vaxtlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara başlanacaq.

Ana səhifəXəbərlərAdil Qeybulla: ”Azərbaycanda dərman istehsalı yaxın gələcəyin perspektivi deyil”