Adil İsmayılov haqqında cəza qərarı ləğv olundu

Sahil Quliyevin şikayətini geri götürdüyü bildirilir

Source: Facebook


Sahil Quliyevin şikayətini geri götürdüyü bildirilir

Adil İsmayılovun vəkillik fəaliyyətinin 1 illik dayandırılması barədə qərar ləğv olunub. Vəkillər Kollegiyasının Rəyasət Heyəti 15 gün əvvəl çıxardığı qərara sentyabrın 24-də yenidən baxıb və əvvəlki qərarınını ləğv edib.

A.İsmayılov vəkil Sahil Quliyevin şikayəti əsasında cəzalandırılmışdı. “Facebook” statuslarının birində bəzi vəkillər haqqında “mağmın”, “kölə” ifadələrini işlətdiyinə görə A.İsmayılovdan Vəkillər Kollegiyasına şikayət edən S.Quliyev onun cəzalandırılmasını istəmişdi.

S.Quliyevin şikayətini geri götürdüyü bildirilir.

A.İsmayılov özü də haqqındakı cəza qərarının ləğvini təsdiqləyib. O, bu haqda “facebook” səhifəsində yazıb:

“Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər. Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına, vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam.

İndi isə daim mənim yanımda olan, öz varlığını və mənim tək olmadığımı hiss etdirən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, yaxşı ki varsınız və mənimləsiniz. Eyni zamanda vəkillik fəaliyyətimin bərpa edilməsində birbaşa iştirak etmiş şəxlərə minnətdarlığımı bildirirəm. Mən pisliyi unudanlardanam, yaxşılığı əsla unutmuram!”

A.İsmayılov son vaxtlar silsilə qətllər və adam oğurluqları törətmiş polis polkovniki Hacı Məmmədovun dəstəsi, onun əməlləri barədə hüquq-mühafizə orqanlarına xəbər verən qadının az sonra müəmmalı ölümü, Macarıstanda erməni hərbçini qətlə yetirmiş Ramil Səfərovun işi və s. haqda faktlar açıqlamışdı.

Bundan öncə isə o, Vəkillər Kollegiyasının rəhbərliyindən maliyyə vəsaitlərinin xərclənməsilə bağlı hesabatların açıqlanmasını tələb edirdi.

Ana səhifəXəbərlərAdil İsmayılov haqqında cəza qərarı ləğv olundu