ADB manata inamın artacağını proqnozlaşdırır

Natiq Cəfərli: ”Bankın iddiaları ancaq neftin qiymətinin artımına bağlıdır, yəni dayanıqlı proqnoz deyil”

Source:


Natiq Cəfərli: ”Bankın iddiaları ancaq neftin qiymətinin artımına bağlıdır, yəni dayanıqlı proqnoz deyil”

Azərbaycanın enerji daşıyıcılarından asılılığı davam etdikcə aşağı düşən neft qiymətlərinin yaratdığı təsir Azərbaycanın həssaslığını daha da artırır.

“APA-Economics” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında qeyd edilib.

Bankın analitikləri hesab edir ki, neft qiymətlərinin hələ bir müddət də aşağı olacağı proqnozlaşdırılır. Belə olduğu təqdirdə, Azərbaycanda davamlı inkişaf yalnız iqtisadi diversifikasiya sayəsində mümkün ola bilər: “Diversifikasiya daha sabit iqtisadi sektordan kreditə çıxış tələb edəcək. Ümumilikdə, neft sektoru xaricində daha yüksək inkişafa töhfə vermək üçün kiçik və orta müəssisələr maliyyələşdirilməlidir. Kreditlərin həcminin artması daha çox likvid, səmərəli və güclü maliyyə institutlarının və maliyyə bazarlarının olmasını tələb edir ki, onlar da öz növbəsində daha böyük həcmli kreditlərin, daxili maliyyələşmə mənbələrinin öhdəsindən gələ, bank sektoru və digər maliyyə xidmətlərinin istifadəçiləri üçün maliyyə resurslarına (kreditlərə) çıxış problemini həll edə bilər”.

Hesabatda qeyd olunur ki, dollarizasiya prosesi milli valyutanın likvidliyini əhəmiyyətli dərəcədə pozub. “Xarici valyutadakı kredit və depozitlərin payı artdıqca, xarici valyutadakı öhdəliklər və qaytarılmayan kreditlər banklar üçün risk yaradır. Vaxtı keçmiş kreditlərin həcminin artması və zəif bankçılıq təcrübəsi bankların bazarın likvidliyini qoruyub saxlamasını tələb edir. Bundan başqa, Mərkəzi Bank effektiv təkrarmaliyyələşdirmə vasitələrinin olmaması səbəbindən kommersiya banklarının, xüsusilə kiçik və orta müəssisələrin kredit təchizatını azaldır. Əmanətlərin tam sığortalanması ilə bağlı qəbul olunan qərar bank sisteminə inamı artıracaq. Xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% olmaqla, məbləğindən asılı olmayaraq əmanətlərin tam sığortalanması milli valyutanın istifadəsi ilə yanaşı, dövlətin manatda olan istiqrazlarının buraxılışını da canlandıracaq. Likvidliyi təmin etmək üçün Mərkəzi Bankın banklara verdiyi kreditin müddətinin 1 gündən 7 günədək uzadılması, məcburi ehtiyat normasının isə 2 faizdən 0,5 faizədək azaldılması yerli valyutanı daha likvid edəcək”, – deyə məlumatda bildirilir.

Natiq Cəfərli
Natiq Cəfərli

ADB-nin hesabatını Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, bank uzun müddətli proqnozlar əsasında bunu iddia edir. Amma yaxın zamanda neftin qiymətlərinin aşağı olacağını da vurğulayıb, deməli, manata basqılar hələ davamlı olacaq. Bankın iddiaları ancaq neftin qiymətinin artımına bağlıdır, yəni dayanıqlı proqnoz deyil.

Ana səhifəXəbərlərADB manata inamın artacağını proqnozlaşdırır