İş adamları: Ölkəyə gətirilən avtomobillər üçün 4 faiz əlavə yeni vergi alırlar

Natiq Cəfərli Azərbaycanda gömrük rüsumlarının yüksək olduğunun heç kim üçün sirr olmadığını bildirib

Foto: arxiv


Natiq Cəfərli: ''Qanunvericilikdə nəzərdə tutulmayan vergiyə görə Gömrük Komitəsi izahat verməlidir''

Ölkəyə gətirilən avtomobillərə 4 faiz vergi qoyulub. Dövriyyə çoxaldıqca artımlar da eyni qaydada qalxacaq.

Bu barədə Meydan TV-yə iş adamları məlumat verib.

Bildirilib ki, gətirilən avtomobillərə gömrük rüsumundan əlavə 4 faiz əlavə vergi də alırlar.

“Ziyanı odur ki, gömrük rəsmiləşdirilməsində qiymətindən də artıq pul alırlar, rəsmiləşdirmədə qoyulan qiymət hər kəsə şamil olunmur. Məsələn, Gürcüstanda 3 min 500 dollar olan maşına Azərbaycan gömrüyü 8500 manat alır, hətta yeri gələndə 9 min manat da alırlar”.

Olayı Meydan TV-yə şərh edən ReAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Azərbaycanda avtomobillərin gətirilməsi qaydalarının çoxdan təsdiqləndiyini xatırladaraq bildirib ki, gömrük rüsumu və 18 faiz əlavə dəyər vergisi var. Eyni zamanda, mühəriik həcminə görə aksiz vergisi var. Ona gör 4 faizlik əlavə vergi qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni 4 faiz vergini nəyə görə almasının izahını Gömrük Komitəsindən tələb etmək lazımdır. Əgər izah verilməsə, məhkəmələrə və hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli Azərbaycanda gömrük rüsumlarının yüksək olduğunun heç kim üçün sirr olmadığını bildirib:

“Hətta avtomobil istehsalçı ölkələri belə Azərbaycanın idxaldan qazandığı qədər vəsait qazanmırlar. Bu yaxınlarda Rusiya İqtisadiyyat Nazirliyinin yayılan hesabatında qeyd olunmuşdu ki, qonşu ölkələrdə avtomobillərin gömrük rüsumlarının və vergilərinin yüksək olması onların qonşu ölkələrə maşın ixracını ləngidir. Misal kimi Azərbaycanı xatırladıb bildiriblər ki, istehsalçı olan Rusiya büdcəsi daha az qazanır, nəinki Azərbaycan. Çünki avtomobillərə gömrük və vergi o qədər yüksəkdir ki, Rusiya istehsalçı ola-ola ondan az qazanır”.

Meydan TV-nin Dövlət Gömrük komitəsinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdi alınmayıb.

Ana səhifəXəbərlərİş adamları: Ölkəyə gətirilən avtomobillər üçün 4 faiz əlavə yeni vergi alırlar