”Adamın 12 qəpiyi yoxdur, 12 min dollar çantasından necə çıxır?”

AXCP sədrinin müavini Gözəl Bayramlının sağlamlığı təhlükə altındadır. Sərhəddə saxlanılarkən üzərindən reseptlər, dərman preparatları götürüldüyündən təcridxanada müalicəsiz qalıb. Bacısı Şirinxanım Ələkbərova deyir ki, Gözəl Bayramlıya dərmanları verilməsə, həyatı təhdid altında düşə bilər.

Gözəl Bayramlının üz-çənə artrozundan əziyyət çəkir. Bacısı deyir ki, hər dəfə borc alıb, Gürcüstana müailəcəyə gedirdi.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən Qazax sərhəd-keçid məntəqəsində saxlanılıb. Çantasından bəyan edilməmiş 12 min dollar çıxarıldığı bildirilib. Dövlət Sərhəd Xidmətində 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Ailəsi isə deyir ki, onun üzərində nəinki 12 min dollar, heç 12 qəpik də olmayıb.

Hər zaman ehtiyac içində yaşayıb.

Mayın 26-da isə Səbael rayon Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlı barədə üç ay həbs qətimkan tədbiri seçib. Şirin Ələkbərovanın sözlərinə görə 20 dən çox qara maskalı şəxs evlərində axtarış aparıb.

Vəkil Zibeydə Sadıqova 22 iyunda müvəkkili ilə görüşə bilib. O bildirib ki, Gözəl Bayramlının ağrıları var, mülicəsi üçün də şərait yaradılmır.

Gözəl Bayramlı həmçinin təcridxanada leykoz xəstəliyinə də yaxalana bilər. Onun qanında leykositlərin miqdarı çoxdur. Zibeydə Sadıqova deyir ki, ona vəkillə telefon görüşməsinə də qadağa qoyulub.

Ana səhifəVideo”Adamın 12 qəpiyi yoxdur, 12 min dollar çantasından necə çıxır?”