Ac müxalifət, tox iqtidar oyunları

Ən acınacaqlısı o idi ki, bunu müəllim deyirdi…

Source:

Bölgələrin birində bir neçə dəfə “qul bazarı” deyilən əraziyə getmişdim. Rayonun mərkəzində toplaşan insanlar hər gün səhərdən axşama qədər orakiminsə gəlib, onları işədəvət etməyini gözləyirdi. Çoxları isə içkili olur, sadəcə dostları ilə çay içmək, onların yanında vaxt keçirmək üçün orada olurdu. Rayonda yaşayan dostlardan onların haqqında çox məlumat alsam da, ikinci dəfə həmin ərazidə olanda ağlıma gəldi ki, bu insanlarla söhbət edim.Düşündüm yəqin danışmağa çox sözləri olar. Amma səhv addım atdım, heç düşünmədən onlara yaxınlaşıb müsahibə almağımı, sonrada bir-iki şəkil çəkdirməyimi istədim. Onlar isə bundan boyun qaçırdılar, heç biri mənimlə danışmaq istəmədi.

Hər gün səhərdən axşama qədər iş gözləyən, iş olanda isə ən ağır işlərin altından çıxan həmin insanlar mənimlə danışmaqdan çəkindilər. Onların içindən bir nəfər mənə dedi: biz səninlə heç nə danışmaq istəmirik, bir tikə çörək tapırıq, onu da əlimizdən alarlar.

Onları çox incitməmək üçün artıq heç bir söz demədən ərazidən xeyli uzaqlaşdım, amma məni düşündürən çox şey oldu. Axı o insanlar haradan bilirdilər ki, mən hansı sualları verəcəm? Nədən danışacaqdılar ki, çörəyinin əlindən alınmasına səbəb ola bilərdi? Onlarla nədən danışmaq istədiyimi fikirləşdilər?

Sonra düşündüm , yəqin o insanlara nədən sual versəm cavabında bir etiraz olacaq. Çətin, ağır həyat yaşamağın bu tərəfləri də var. Bütün dərdlərini, çətinliklərini öz aralarında danışıb bölüşməkdən başqa heç nədə çarə olmadığını düşünən bu insanlar eyni zamanda “bir tikə çörək” deyə bir fəlsəfə yaradıb, nə az nə çox cəmi bir tikə çörəyə görə susmağı öyrəniblər.

Susmaq adətən qorxağın, zəifin işi olduğunu düşünürük, məncə o insanlar nə qorxaq nə də zəif idilər. Sadəcə bütün həyatlarını bir tikə çörək üzərində qurublar. Onları başqa heçnə maraqlandırmır. Nədən danışsan sənə bir tikə çörəkdən söhbət açacaqlar.

İndi çoxlarımız o insanların savadsız, cahil olduğunu o səbəbdən belə etdiklərini düşünə bilərik, amma gözümüzü açıb insanlarımızı diqqətlə nəzərdən keçirsək görərik ki, əslində savadlısı ya savadsızı fərqi yoxdur, hər kəsin həmin o “bir tikə çörək” fəlsəfəsindən payı var. Yadıma gəlir, məktəb vaxtı bu sözləri çox eşidirdim: “Oxu, rahat işin olsun, yaxşı pul qazan”.

Ən acınacaqlısı isə bu sözləri daha çox müəllimlərin deməsi idi. Onlar bu yolla bizə əslində yaxşı oxumağın rahat iş, yaxşı pul, bir, beş bacarsan yüz tikə çörək tapmaq üçün lazım olduğunu anlatmağa çalışıblar. Bizim insanlar bütün ömürlərini ac qalmaq qorxusu ilə yaşamağa məcbur qalıb, onlar həyatlarını aşağı-yuxarı həmin o “bir tikə çörəy”ə həsr edib. Ac müxalifət, tox iqtidar düşüncəsi kimi siyasi analizi olan bu millətin başına nə gətirilsə də bir tikə çörəyi itirmək qorxusundan səsini çıxarmamaq qərarına gəldiyini görərik.

“Atam həmişə düz deyir”- deyən gəncləri danışdırsaq, onların düz bildiyi ilk şey-evimdə bir tikə çörək tapa bilirəmsə, demək buna şükür etməliyəm düşüncəsidir.

Təhsilsizlik, rüşvət, qanunsuzluq və.s problemlərin olduğu bu ölkədə bir də “bir tikə çörək” problemi var.Uzun zaman əvvəl bir karikatura görmüşdüm, təxminən izzah etməyə çalışacam. Bir qrum tərəfindən nə vaxtsa Somalidə olan insanlara dini kitab paylanıb. Həmin məsələ ilə bağlı çəkilən karikaturada uşaq götürüb kitabı dişləyir. Həmin karikaturaya baxıb, aclıq olan yerdə kitabın heç bir əhəmiyyətinin olmadığını düşünmək olar.

İndi düşünün, istəsə Somali və onun kimi bir neçə yerə yardım etməyə pulu olan bir ölkənin  varlı-kasıb, təhsilli-təhsilsiz fərqi yoxdu,  hər təbəqəsindən olan insanını bir tikə çörək maraqlandırır. Kimi danışdırsan, başlıca ac qalmadığına şükür edib, nə olsa da susmaq lazım olduğunu, bu qədəri ilə kifayyətləndiyini deyəcək. Hamı inanıb ki, əgər bir tikə çörək tapırsa,demək susmağa dəyər.Yaz


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAc müxalifət, tox iqtidar oyunları