Kəlbəcərdən olan məcburi köçkünlərin mənzilləri söküldü
Mayın 23-də səhər saatlarından Binəqədi rayonunda yerləşən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxaql Universitetinin arxasındakı yaşayış evlərinin söküntüsünə başlanıb.
Meydan TV-nin ərazidə olan əməkdaşının məlumatına görə, ərazi polis mühasirəsindədir. Söküntüyə səbəb Bakı Metropoliteninin tikdiyi deponun həmin ərazidə yerləşməsidir. Polislər media nümayəndələrinə çəkilişə icazə vermir.
Həmin ərazidə Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. Sakinlər evlərinin sökülməsinə etiraz etsələr də, polisin təzyiqi qarşısında tab gətirməyiblər. Onlardan Allahverdi Doluxanov mənzili dağıdılarkən bayılıb və ona təcili tibbi yardım çağrılıb.
Hadisə yerində olan Bakı Metropoliteninin mətbuat xidmətinin Nəsimi Paşayev sakinlərin etirazı ilə razılaşmayıb. O, əmıkdaşımıza bildirib ki, qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları tikilib və onlara həmin binalardan mənzillər verilib. Ancaq razılaşmırlar. Deyirlər ki, həm mənzil verin, həm də pul. Bütün sakinlər köçüblər. Altı nəfərə görə metronun Dərnəgül deposunun tikintisi dayanıb”.