Abşeronda ev yanıb, 3 və 5 yaşlı iki uşaq ölüb

Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub

Source:


Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub

Abşeron rayonunda ev yanıb, 3 və 5 yaşlı iki uşaq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənən övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib.

Yanğını saat 13:00-də yanğınsöndürənlər söndürüb.

Ana səhifəXəbərlərAbşeronda ev yanıb, 3 və 5 yaşlı iki uşaq ölüb