Rubio: “Ofisin bağlanması Trampın xalqın hüquqlarını qorumaq öhdəliyini davam etdirmək üçün “vacib addımdır”
ABŞ Dövlət Departamentinin Xarici İnformasiya Manipulyasiyası və Müdaxiləsinə Qarşı Mübarizə Ofisi bağlanıb.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Onun sözlərinə görə, mərkəz xidmət etməli olduğu amerikalıların səslərini aktiv şəkildə susdurmaq və senzura etmək üçün milyonlarla dollar xərcləyib.
“Əvvəlki administrasiya dövründə vergi ödəyicilərinə ildə 50 milyon dollardan çox xərc çəkən bu ofis xidmət etməli olduğu amerikalıların səsini fəal şəkildə boğmaq və senzuraya salmaq üçün milyonlarla dollar xərcləyib. Bu, bizim müdafiə etməli olduğumuz prinsiplərə ziddir və bunun Amerikada baş verməsi ağlasığmazdır. İndi başa çatır”, – Rubio bildirib.
O, söz və ifadə azadlığının “Amerika vətəndaşı olmağın təməl daşı olduğunu” söyləyib.
“Əsrlər boyu Birləşmiş Ştatlar bütün dünyada milyonlarla insan üçün ümid işığı rolunu oynayıb. Lakin son on ildə Amerikada insanlar öz fikirlərini söylədiklərinə görə şərlənib, işdən çıxarılıb, ittiham edilib və hətta həbs ediliblər”, – deyə dövlət katibi bildirib.
Rubio əlavə edib ki, Xarici İnformasiya Manipulyasiyası və Müdaxiləsinə Qarşı Mübarizə Ofisinin bağlanması Prezident Donald Trampın Amerika xalqının hüquqlarını qorumaq öhdəliyini davam etdirmək üçün “vacib addımdır”.
Dövlət Departamentinin Xarici İnformasiya Müdaxiləsinə Qarşı Mübarizə İdarəsi əvvəllər Qlobal İştirak Mərkəzi (GEC) kimi tanınırdı. 2024-cü ildə GEC, amerikalılara senzura tətbiq etdiyini iddia edən bir neçə respublikaçının tənqidindən sonra bağlandı. GEC əvəzinə R/FIMI yaradıldı.
“OBOZ.UA”-nın verdiyi xəbərə görə, məxfi məlumatların sızması ilə bağlı qalmaqaldan sonra artıq üç yüksək rütbəli məmur Pentaqondan uzaqlaşdırılıb. Amerika departamenti insidentlə bağlı araşdırmaları davam etdirir.