ABŞ və Böyük Britaniya Yunuslara çıxarılan hökmdən narahatdır

“Bu hökm Azərbaycanın vətəndaş cəmiyyətinin digər tanınmış fəallarının – jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun davam edən məhkəmə prosesləri kontekstində baş verir”

Source:


“Bu hökm Azərbaycanın vətəndaş cəmiyyətinin digər tanınmış fəallarının – jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun davam edən məhkəmə prosesləri kontekstində baş verir”

Azərbaycan məhkəməsinin insan haqqları fəalları Leyla və Arif Yunusun müvafiq olaraq səkkiz il yarım və yeddi il müddətinə azadlıqdan məhkum etmək qərarı Birləşmiş Ştatları dərindən narahat edir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat nümayəndəsi Con Kirby bildirib.

“Bu şəxslər artiq bir ildən artıq həbsxanada keçiriblər. Belə görünür ki, onlara qarşı irəli sürülən ittihamlar onların insan haqqları sahəsində gördükləri iş və bölgədə gərginliyin azalmasını üçün xalqlar arası konstruktiv proqramlarda iştirakları ilə bağlıdır. Məhkəmə prosesində buraxılmış pozuntular barədə xəbərlər və məhkumların səhəti bizi narahat edir. Biz Azərbaycan rəsmilərini Leyla və Arifi humanitar əsaslarla azadlığa büraxmağa çağırırıq. Beynəlxalq öhdəliklərinə uyğun olaraq bütün vətəndaşları üçün fundamental insan haqqlarının təmin olunması Azərbaycanın parlaq, firavan və sabit qələcəyi istiqamətində vacib addımdır”, – deyə Con Kriby qeyd edib.

Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton hüquq müdafiəçisi Leyla Yunsuun və onun həyat yoldaşı Arif Yunusun barəsində hökmü pisləyib və dərin narahatlığını bildirib.

“Mən Leyla və Arif Yunusların barəsində hökmdən dərin narahatam. Bizim müşahidəçilərin izlədiyi kimi, məhkəmə işinin bəzi aspektləri belə deməyə əsas verir ki, hökm siyasi motivlidir. Diplomatların və digər müşahidəçilərin prosesə buraxılmaması bu aspektlərə aiddir.

Leyla və Arifin səhhətindəki kəskin ağırlaşmalar xüsusilə narahatlıq doğurur.

Biz Azərbaycandakı insan haqları ilə bağlı ağır durumu mütəmadi olaraq görüşlərimizdə qaldırırıq və bu sahəni diqqətdə saxlamaqda davam edəcəyik. Biz həmçinin Azərbaycan hökumətini ölkədəki insan haqları ilə bağlı durumu yaxşılaşdırmaq üçün konkret addımlar atmaqla götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə və qanunun aliliyinə hörmət etməyə çağırırıq”, – D.Lidinqton bildirib.

Bəyanatda həmçinin qeyd olunur ki, bu hökm Azərbaycanın vətəndaş cəmiyyətinin digər tanınmış fəallarının – jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun davam edən məhkəmə prosesləri kontekstində baş verir.

D.Lidinqton müxalifətçi siyasətçi İlqar Məmmədovun cəza çəkdiyi həbsxanada fiziki təzyiqlərə məruz qalmasından da narahatlığını bildirib(Turan İA) .

Ana səhifəXəbərlərABŞ və Böyük Britaniya Yunuslara çıxarılan hökmdən narahatdır