Morgan Ortagus

Mənbə: Foto: https://www.aa.com.tr/en

Başlıq: Morgan Ortagus

ABŞ Tehranı etirazçılara verilmiş ölüm hökmünə görə qınayıb

“Hər üç şəxs vəkillə təmin edilməyib və saxta etirafları üçün işgəncələrə məruz qalıb”

Amerika Birləşmiş Ştatları İran məhkəməsinin ötən il hökumət əleyhinə etiraz aksiyalarında iştirak etmiş üç nəfərə edam hökmü qərarını pisləyib, - RFE/RL xəbər verir.

Əmir-Hüseyn Moradi, Səid Təmcidi və Məhəmməd Rəcəbi fevral ayında edam cəzasına məhkum edilib. Onlar 2019-cu ilin noyabrında İran hökumətinə qarşı etirazlar zamanı meydana gələn yanğına görə məhkum edilmişdilər.

ABŞ Dövlət Departamentinin sözcüsü Morgan Ortagus 26 iyun tarixli tvitində qeyd edib ki, hər üç şəxs vəkillə təmin edilməyib və saxta etirafları üçün işgəncələrə məruz qalıb.

“İran insan haqlarına hörmət etməli və bu edamları dayandırmalıdır”,- Ortagus deyib.

Hər üç nəfərə edam hökmü çıxarıldıqdan sonra, “Amnesty İnternational” fevralın 28-də bildirmişdi ki, onlar istintaq mərhələsində vəkillərlə təmin edilməyib və işgəncələrə məruz qaldıqlarını bildiriblər.

“Moradi deyir ki, onlardan sonradan əleyhlərinə dəlil kimi istifadə edilən və dövlət televiziyasında yayımlanan etiraf tələb edilib”, - “Amnesty International” bildirib.

İyunun 25-də daha iki insan haqları təşkilatı İranın dövlət tərəfindən idarə olunan televiziyasını 2009-cu ildən 2019-cu ilə qədər ən az 355 şəxsin məcburi etiraflarını yayımlamaqda ittiham edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yybhuh

Ən çox baxılan