”ABŞ Suriyada bizimlə əməkdaşlıq üçün Əsədin getməsini şərt qoşur”

“Bəşər Əsədin hakimiyyətdən getməsi barədə razılıq əldə olunacağı təqdirdə, ABŞ Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə səylərini birləşdirməyə hazırdır”.

Source:

“Bəşər Əsədin hakimiyyətdən getməsi barədə razılıq əldə olunacağı təqdirdə, ABŞ Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə səylərini birləşdirməyə hazırdır”.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Serqey Lavrov gənclər forumunda sualları cavablandırarkən bildirib. “Onlar deyirlər ki, terrorizmə qarşı mübarizədə birləşmək olar, lakin əvvəlcə Əsədin devrilməsi ilə bağlı razılığa gəlmək lazımdır”, – deyə nazir söyləyib.

S. Lavrov qeyd edib ki, Qərb Əsədi diktator saydığı üçün onun devrilməsini tələb edir: “Biz isə deyirik ki, terrorla mübarizədə hər şeyi qaydasına qoyaq və sonra azad seçkilər təşkil edək. Qoy, xalq özü onu demokratik səsvermə yolu ilə hakimiyyətdən uzaqlaşdırsın”.

Ana səhifəXəbərlər”ABŞ Suriyada bizimlə əməkdaşlıq üçün Əsədin getməsini şərt qoşur”