ABŞ Senatının 20 qadın üzvü Leyla Yunus və Xədicə İsmayılın azad edilməsinə çağırıb

“Bizim müraciətimiz sadədir – dünya liderləri və xarici hökumətlər qadınları dəstəkləməlidir, onları həbsxanalara atmamalıdır”

Source:


“Bizim müraciətimiz sadədir – dünya liderləri və xarici hökumətlər qadınları dəstəkləməlidir, onları həbsxanalara atmamalıdır”

ABŞ-ın 20 qadın senatoru dünyada qadın siyasi məhbusların, o cümlədən Azərbaycanda Leyla Yunusun və Xədicə İsmayılın azadlığa buraxılmasına nail olunmasına çağıran qətnaməni Senatın Xarici İşlər Komitəsinə təqdim edib.

Qətnamənin təşəbbüsçüsü senator Kelli Ayotdur.

Sənəddə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin əsassız  yerə həbs edilmiş və mühakimə olunmuş 20 qadın siyasi məhbusun azad edilməsi ilə bağlı çağırış və səyləri tam dəstəkənir.

“Bizim müraciətimiz sadədir – dünya liderləri və xarici hökumətlər qadınları dəstəkləməlidir, onları həbsxanalara atmamalıdır”, – qətnamədə deyilir.

Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin avqustunda həbs olunublar. 2015-ci ilin avqustunda uydurma ittihamlarla 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs olunub və 2015-ci il sentyabrın 1-də uydurma ittihamlarla 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərABŞ Senatının 20 qadın üzvü Leyla Yunus və Xədicə İsmayılın azad edilməsinə çağırıb