ABŞ Senatı Robert Sekutanı Azərbaycanda səfir postuna təsdiqləyib

ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard M. Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib

Source:


ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard M. Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib

APA-nin məlumatına görə, Senatın dekabrın 16-da keçirilmiş iclasında R. F. Sekutanın Azərbaycana səfir göndərilməsi barədə prezident Barak Obamanın təqdimatı öz təsdiqini tapıb.

ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard M. Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də “Twitter” hesabından Senatın ABŞ-ın Azərbaycan və Ermənistanda səfiri postuna namizədləri təsdiqlədiyini yazıb, bu münasibətlə təbriklərini çatdırıb.

R. Mills 1990-cı illərdə ABŞ Dövlət Departamentində Ermənistan və Azərbaycan məsələləri üzrə şöbəyə rəhbərlik edib.

Müzakirələr senator Harri Reidin sədrliyi ilə keçirilib.

Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb.

Ana səhifəXəbərlərABŞ Senatı Robert Sekutanı Azərbaycanda səfir postuna təsdiqləyib