ABŞ səfirliyi vətəndaşlarına müraciət edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb

Foto: Meydan TV


ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb.

Bu barədə ABŞ səfirliyinin saytında məlumat yerləşdirilib.

“Yaxın Şərqdə gərginlik artır. Bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”, – məlumatda deyilir.

Məlumata əsasən, amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə ayıq-sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilir.

Fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.

Ana səhifəXəbərlərABŞ səfirliyi vətəndaşlarına müraciət edib