Yalnız hava şəraiti ilə əlaqədar bəzi xidmətlər işləmir
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin öz fəaliyyətini müvəqqəti olaraq dayandırması haqda sosial şəbəkələrdə yayılan məlumat doğru deyil.
Bu barədə Meydan TV-yə səfirlikdən məlumat verilib. Bildirilib ki, hava şəraiti ilə əlaqədar yalnız bəzi xidmətlər fəaliyyətini dayandırılıb: “Səfirlik üçün əsas insanların sağıamlığıdır, adətən, havalar şaxtalı olanda, yollar buz bağlayanda, məlumat yayırıq ki, əgər çətinlik çəkirsinizsə, işə gəlməyə bilərsiniz. Amma təhlükəsizliklə bağlı heç bir şey yoxdur. Sadəcə, hava şəraitinin əlverişli olmaması səbəbindən işçilərdən kimsə gəlməyə çətinlik çəkirsə, xəbər verilir, iş isə davam edir”.