ABŞ səfiri QHT rəhbərinə qarşı ittihamdan narahatdır

ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Riçard Morninqstar bu gün Gəncədə səfərdə olarkən Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi İB-nin rəhbəri Həsən Hüseynli və onun ailə üzvləri ilə də görüşüb.

Source:

Bu barədə Meydan TV-yə Həsən Hüseynli məlumat verib. Onun sözlərinə görə, səfir 31 mart tarixində onun adam bıçaqlaması ilə bağlı ittiham edildilməsi məsələsinə inanmadığını bildirib.

“Səfir vurğuladı ki bu hadisə ilə bağlı görüşləri olub və hər yerdə də bildirib ki o məni fəal QHT rəhbəri kimi tanıyır. O bu vəziyyəti ağlasığmaz adlandırıb. Morninqstar həm narahat olduğunu, həm də işin tamam bağlanana kimi nəzarətdə saxlayacağını qeyd edib. Daha sonra mənə olan təziqlərlə də maraqlanıb”.

Gəncədə səfərdə olan Riçard Morninqstar şəhərin İcra Hakimiyyətinin başçısıının müavini Mikayıl Zeynalovla görüşündə də Həsən Hüseynlinin tutulması ilə bağlı məsələsini gündəmə gətirib, lakin heç bir cavab ala bilmədiyini qeyd edib.

Ana səhifəXəbərlərABŞ səfiri QHT rəhbərinə qarşı ittihamdan narahatdır