Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

ABŞ seçkilərinin kölgəli bucaqları

Məqalə yeniləndi:  17 Avqust 2020

Bayden Ərdoğanla bağlı açıqlaması ilə özünü yəhudi və erməni lobbisinin gözündə xeyli qaldırdı

ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, özü ilə maraqlı polemikalar gətirməkdədir. Əlbəttə, ayrı-ayrı ölkələrin kəşfiyyat orqanlarının seçkiyə müdaxilə etmək ehtimallarına dair məlumatlar müzakirə olunmağa dəyər məsələlərdir. Baydenin Türkiyəyə yönəlik açıqlamaları imkan verəcək ki, Orta Şərq siyasəti yenidən qlobal diskussiyaya səbəb olsun. Bunun ardınca NATO ciddi sorunla üz-üzə görünür. Nəhayət, Aralıq Dənizi hövzəsinin taleyi bu seçkilərdən xeyli asılı görünür. Ancaq bütün hallarda biz olanları analiz etməklə olacaqlara yaxınlaşmaq fürsəti əldə edəcəyik. Beləliklə...

ABŞ-da seçkiyə müdaxilə

Rusiya kəşfiyyatının ABŞ seçkilərinə müdaxiləsi barədə yayılan məlumatlar yeni deyil. Bunun ardınca Çinin belə bir cəhdi barədə məlumat da ayrıca düşündürücüdür. Burada superdövlətə elə bir psixoloji tələ qurulub ki, istənilən partiyanın namizədi seçilərsə, proses şübhə altında qalır. Əslində belə bir texnologiyanın seçilməsi rəqiblərin nöqteyi-nəzərindən pis nəticə vermir. ABŞ bu məsələyə ciddi yanaşır və belə bir faktı ortaya çıxarana mükafat təyin edir. Çin rəsmisi Birləşmiş Ştatlarda seçkilərə müdaxilə etməkdə maraqlı olmadıqlarını deyir. Bunun hansı faktiki-siyasi nəticə verəcəyi, nə ilə maddiləşəcəyi bizim üçün də qeyri-müəyyəndir və maraqlıdır. Amma ortada olan budur ki, artıq bu narahatlıq var. Bu dünyada ABŞ-ın cızdığı azadlıqlar trayektoryasına yeni naməlum kölgələr sala bilər. Belə bir vəziyyətdə ən şanslıların belə şübhə altına düşməsi toplumda özünə inamı azaltmaq riski yaradır. ABŞ siyasətində inam və harmoniyanı üstün tutan bir ölkədir və bu, xalq-siyasət harmoniyasının pozulması bədbin notları artırır.

Bayden Ərdoğanı hədəfə aldı, ya yanına alacaq?

Baydenin Ərdoğan haqqında açıqlaması Türkiyə ABŞ münasibətlərində yeni, əslində köhnə bir dalğanı gücləndirəcək. Ərdoğan demokratları FETO-nun rəsmi dayağı kimi tanıya və qınaya bilər. Onun devrilməsi planının belə açıq şəkildə ifadə olunması vəziyyəti yenidən qəlizləşdirdi. Bu açıqlama kimlərə xeyir, kimlərə ziyan verəcək.

  1. Birmənalı şəkildə türk toplumunun sağ mərkəzindəki çatları Ərdoğanın xeyrinə birləşdirəcək. Bunun hansı faizdə olacağını demək çətindir (pandemiya təsirlərinə görə), amma şübhəsiz Osmanlı babaların torunları imperialist Amerikanlın devirmək istədiyi “dövlətli sultanı” qorumağa, yaşatmağa çalışacaq
  2. Bayden bu açıqlaması ilə özünü yəhudi və erməni lobbisinin gözündə xeyli qaldırdı. O qədər açıq danışdı ki, bundan sonra onun üçün dəstək prosesinin qarşısını kimsə ala bilməz. Bu seçkidən əvvəl verilən sözlərdən biridir, amma elə deyilmiş sözdür ki, nəticəsi mütləq olacaq.
  3. Ərdoğanın Türkiyədəki bütün potensial rəqiblərini ciddi şübhə və zərbə altında qoydu. Ərdoğan bundan sonra onları başlarını qaldırmağa qoymayacaq. ABŞ-ın iki adamından biri möhür kimi yarlıq asdı.
  4. Bu açıqlama səmimidirsə, Baydenin seçiləcəyi təqdirdə NATO ciddi daxili etimadsızlıq yaşayacaq.
  5. Aralıq dənizi hövzəsində vəziyyət daha da gərgin xarakter alacaq.

Trampın şansları, icraatlar və suallar

Trapm siyasi seçimlərində addımlarla yadda qaldı. Amma BMT-nin son toplantısında İran əleyhinə (silah təcridinə dair) qətnamənin keçməməsi vəziyyəti pisləşdirdi. Qüdsü İsrailin paytaxtı kimi tanıması və Qolan təpələrini İsrail əraziləri hesab etməsi bu istiqamətdə praktik addımlar olsa da, anketdə geri qalması və BMT-dəki uğursuzluq, pandemiya dövründə məruz qaldığı tənqidlər və gələcəyin arzuolunmaz şəxsi kimi xarakterizə olunması düşünməyə əsas verir. Yeri gəlmişkən, BMT-dəki qətnamə olayı İran vasitəsiylə ABŞ seçkilərinə birinci təsir cəhdi deyil. İran inqilabından sonra Tehranda 444 gün əsr qalmış ABŞ diplomatlarının buraxılmasından da belə spekulyasiya edilib. Reyqan məktub yazaraq Xumeyndən əsirləri seçkidən sonra buraxmasını və bunun müqabilində diplomatik yumşalma təklif edib. Və belə də olub. Əsirləri xilas edə bilməyən (o zaman üçün) hazırki prezident seçkini uduzub. İndi isə İran mövzusunda daha bir diplomatik məğlubiyyət Trampı ABŞ düşmənləri qarşısında zəif göstərmək üçün kifayət qədər ciddi əsas ola bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kshe7o

Ən çox baxılan