ABŞ prezidentini seçdi



Noyabrın 9-da Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta “Hyatt Recens” hotelində nəticələrin açıqlandığı ərəfədə iki dəfə brifinq keçirib.



O bildirib ki, seçkinin əsas məqsədi ölkə daxilində ölkənin hansı istiqamətdə gələcəkdə inkişaf etməsi və insanları narahat edəcək məsələlərdən, müzakirələrdən ibarətdir. Namizədlərə verilən səslərə baxanda görünürdü ki, hər bir ştatdan, vilayətdə necə mübarizənin getdiyinin şahidi olduq. Bu, onu göstərir ki, demokratiyadan hər bir seçicinin səsi vacibdir.



Sonra səfir Robert Sekuta sualları cavablandırdı:



Trampın seçildiyi təqdirdə Cənubi Qafqazla bağlı siyasi xətti necə olacaq?

–          Yanvarın 20-ə qədər bir administrasiyanın digərinə keçid prosesi baş verəcək. Ona görə də mən yeni administrasiyanın siyasətinin necə olacağı barədə hazırda bir şey deyə bilmərəm. Prezident Obama yanvarın 20-ə qədər prezident səlahiyyətlərini davam etdirəcək.



Seçki prosesi hələ davam etsə də, Tramp səsçoxluğuyla irəlidədir. Ümumiyyətlə, Trampın seçki kampaniyası dövründəki çıxışları onu deməyə əsas vermirmi ki, Amerika izolyanist siyasətə qayıdır?

–         Bununla bağlı bir neçə məqamı bildirmək istəyirəm. Birinci, namizədlərdən heç biri gələcək siyasi mövqelərini tam qətiləşdirməyiblər. Onlardan hər hansı biri seçildiyi müddətdə, keçid müddətində siyasətlərini müəyyənləşdirməli olacaqlar. Dünyada ümumi seçki prosesinin gerçəkliyi bundan ibarətdir ki, namizədlər seçki öncəsi müxtəlif bəyanatlarla çıxış edirlər, hakimiyyətə gəldikdən sonra yaranmış yeni faktorlar, yeni vəziyyət onları öz mövqelərində dəyişikliklər etməyə vadar edir. İndi Klintonun, yaxud Trampın seçildiyi təqdirdə onlar da öz gələcək siyasətlərini planlaşdıracaqlar. Amma yenə də vurğulamaq istəyirəm ki, seçki prosesi hələ yekunlaşmayıb.



İstər Klinton, istərsə Tramp seçilsə, Azərbaycanla münasibətlərdə hansı istiqamətləri gücləndirmək lazımdır?

–         Müxtəlif partiyalara mənsub olan prezidentlərin vaxtında, Corc Buş, Klinton, Obama administrasiyaları dövründə bizim yaradılan uzunmüddətli əlaqələrimiz var. İki ölkənin təhlükəsizlik, iqtisadi sahədə, xüsusilə enerji, demokratiya, insan haqları, qanunun aliliyi sahələrində mövcud olan prinsiplər güman edirəm ki, yenə də önəmli olacaqdır. Amma bununla belə yeni administrasiyanın adından çıxış edə bilmərəm. Münasibətlərimizin 25 il davam etməsi özü-özlüyündə bir göstəricidir. Bu müddətdə əməkdaşlığımız Azərbaycanın təhlükəsiz dövlət olmasına köməklik göstərib, iqtisadiyyatın diversikasiyasına, neft-qaz sahəsinin inkişafına yardım olub, eyni zamanda, qanunun aliliyi, korrupsiyayla mübarizə, insanların görmək və yaşamaq istədiyi şəraitin yaradılması istiqamətində dəstəyimiz olub.



Azərbaycan televiziyaları və hakimiyyəti dəstəkləyən deputatlar bildirirdilər ki, Amerikada 6 milyon seçici siyahılardan çıxarılıb. Bu barədə nə deyə bilərsiniz?

–         Mən belə xəbərlərə rast gəlməmişəm, tanış olmamışam. Amerikada belə xəbərlər yoxdur, siz ölkəmizin müxtəlif xəbər agentliklərindən, qəzetlərindən vəziyyəti izləyə bilərsiniz. Həm də hazırda canlı yayımlanan televiziya kanallarından vəziyyətin necə olması barədə məlumat əldə edə bilərsiniz. Ki, əgər olubsa, niyə məlumat vermirlər?!

Ana səhifəVideoABŞ prezidentini seçdi