Mənbə: Google

ABŞ-ın pilotsuz təyyarəsi Əfqanıstanda 10 mülki şəxsi öldürüb

Məqalə yeniləndi:  22 Yanvar 2020

Bu ayın əvvəlində Əfqanıstanın qərb əyaləti olan Heratda hərbi qrupları hədəfə almış ABŞ-a aid pilotsuz təyyarə üçü qadın və digər üçü uşaq olmaqla 10 mülki şəxsin öldürülməsinə səbəb olub, - RFE/RL xəbər verir.

Əfqanıstan rəsmisi deyib ki, hücum yanvar ayının 8-də Şindand bölgəsində baş verib. “5 mülki vətəndaş, o cümlədən iki uşaq yaralanıb”, - Əfqanıstan İnsan Haqları Kommissiyasının rəsmisi deyib. O, jurnalistlərlə danışmaq səlahiyyəti olmadığı üçün anonimlik şərtiylə danışıb.

Əfqan hərbi qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi qüvvələr məsələ ilə bağlı dərhal açıqlama verməyiblər. Ancaq əyalət şurasının üzvü Vakil Əhməd Karoxi (Wakil Ahmad Karokhi) deyib ki, hücumla Talibanın 16 silahlısı, həmçinin qruplaşmanın Molla Nangyalia kimi tanınan komandiri öldürülüb.

Növbəti gün komandirin dəfn mərasimi Herat əyalətinin paytaxtı Guzargah məhəlləsində keçirilib.

Karoxi deyib ki, hücum “böyük səhv” olub, çünkü Molla Nangyalia qrupu Şindandakı Taliban qrupuna qarşı buffer rolunu oynayıb: “O, döyüşçüləri ilə silah götürərək, başqa heç kim heç nə etməyəcəyi zamanda Talibana qarşı mübarizə apararaq, bölgədəki mülki insanların dinc yaşamalarına şərait yaradıb”.

Taliban təxminən Əfqanıstanın yarısını nəzarətdə saxlayır və Əfqan və ABŞ qüvvələrinə qarşı mütəmadı hücumlar həyata keçirir. Bütün bunlar Talibanın ABŞ sülh elçisi Zalmay Xəlilzada Əfqanıstanda müvəqqəti atəşkəs təklifini əks etdirən sənəd təqdim etdiyi ərəfədə baş vermişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sk8xy0

Ən çox baxılan