ABŞ ordusu İranı körfəz hücumunda ittiham edir

ABŞ Mərkəzi Komandanlığı iyunun 13-də deyib ki, videoda İRGC nümayəndələrinin hücum edilən iki neft tankerindən partlamamış mina çıxardıqları görünür.

Source: google.az


''Hücumlar İranın beynəlxalq sülhə və təhlükəsizliyə təşkil etdiyi təhdidi aydın nümayiş etdirir''

ABŞ ordusu ABŞ-ın və onun müttəfiqlərinin Tehranı günahlandırdıqları hücum hadisəsini əks etdirən video yayımlayıb.

Videoda İranın İslam İnqilabı Qoruyucuları Korpusunun (İRGC) Fars Körfəzində iki neft tankerinə hücumu nümayiş etdirilib, – Azadlıq Radiosu xəbər verir.

ABŞ Mərkəzi Komandanlığı iyunun 13-də deyib ki, videoda İRGC nümayəndələrinin hücum edilən iki neft tankerindən partlamamış mina çıxardıqları görünür.

Rəsmilər CNN-ə bildiriblər ki, Pentaqon inanır ki, bununla İran qüvvələri onların iştirakı barədə sübutları əldə etməyə çalışıb.

İyun ayının 13-də İranın BMT-dəki missiyası "ABŞ-ın əsassız iddiasını qəti olaraq rədd etdiyini" deyib.

Birləşmiş Millətlər Təşkilatının fəaliyyətdə olan səfiri Conatan Koen (Jonathan Cohen) Təhlükəsizlik Şurasını bölgədə Tehranın yaratdığı "açıq təhlükəyə" qarşı mövqe bildirməyə çağırıb.

“Hücumlar İranın beynəlxalq sülhə və təhlükəsizliyə təşkil etdiyi təhdidi aydın nümayiş etdirir", – deyə Koen Təhlükəsizlik Şurasının qapalı müzakirəsindən sonra jurnalistlərə bildirib.

Koen deyib ki, bölgədə heç bir qrup bu səviyyədə imkan və bacarıqlara sahib deyildir:

"İran isə silahlara, təcrübəyə, və zəruri kəşfiyyat məlumatlarına sahibdir.

Mən Təhlükəsizlik Şurasından məsələni nəzarətdə saxlamağı xahiş etdim və biz bu barədə əlavə danışıqlar aparacağıq və gələcək günlərdə bu məsələyə necə cavab verəcəyimizi müzakirə edəcəyik".

Koen eyni zamanda bildirib ki, ABŞ bölgədəki qüvvələrini və maraqlarını müdafiə edəcək. Ancaq o, mümkün qətimkan tədbirləri haqda heç bir məlumat verməyib və jurnalistlərin bu haqda suallarını cavabsız qoyub.

Diplomatlar AFP-ə bildiriblər ki, Təhlükəsizlik Şurasının bəzi üzvləri Tehranı ittiham etməkdən yayınıblar və deyiblər ki, İranı hücumda ittiham edəcək dəlillər kifayət deyil.

Ana səhifəDünyaABŞ ordusu İranı körfəz hücumunda ittiham edir