ABŞ niyə Qarağdakı münaqişəni iqnor edə bilməyəcək – Avropadakı NATO qüvvələrinin keçmiş rəhbəri

Regionun üç nəhəng ölkəsinin birbaşa toqquşmasına imkan vermək çox təhlükəlidir.

Source: fdsafd

Məqalə

JAMnews

saytında dərc olunub.

ABŞ Dağlıq Qarabağdakı münaqişəni iqnor edə bilməyəcək – öz enerji təhlükəsizliyini və nəqliyyat şəbəkəsinin təhlükəsizliyini qorumaq və regionun üç əsas qüvvəsinin – Rusiya, Türkiyə və İranın birbaşa toqquşmasının qarşısını almaq üçün.

Bu haqda Avropadakı NATO qüvvələrinin keçmiş baş komandanı Filip Bridlavanın


şərhi


Amerikanın NPR nəşrində dərc olunub.

Sentyabrın 27-dən Azərbaycan və Ermənistan orduları Qarabağ münaqişəsi zonasında zirehli texnika, artilleriya və dronlardan istifadə edərək hərbi əməliyyatlar aparır. Hər iki tərəfdən həm hərbçilər, həm də dinc əhali arasında artıq minlərlə insan həlak olub. Bu müddət ərzində üç dəfə qtəşkəs elan olunub – 10, 18 və 26 oktyabrda, amma hər dəfə dərhal pozulub. Üçüncü atəşkəs ABŞ-ın dövlət katibi Mayk Pompeonun vasitəçiliyi ilə əldə edilmişdi.

Bir çox amerikalılar dərk etmirlər ki, bu münaqişədə həm də ABŞ-ın maraqları masaya qoyulub – söhbət yalnız lokal döyüşlərdən, həm də enerji resursları təchizatından və bütün Cənubi Qafqazda stabillikdən gedir.

  1. Azərbaycandan Gürcüstan və Türkiyə ərazisi ilə keçən qaz və neft kəmərləriAvropanın Rusiya təchizatından asılılığını azaltmaq üçün prinsipial olaraq vacibdir.
  2. Bakı-Tbilisi-Kard dəmiryolu xətti Əfqanıstandakı Amerika qoşunlarının təchizatı üçün vacibdir.
  3. Münaqişənin eskalasiyası Gürcüstana – ABŞ-ın bu regiondakı əsas müttəfiqinə və Cənubi Qafqazda stabilliyin qorunması məsələsində çox şeyin asılı olduğu ölkəyə də toxuna bilər.
  4. 4.Hadisələrin daha təhlükəli inkişaf ssenarisi – Ermənistanla qarşılıqlı yardım razılaşması olan Rusiyanın birbaşa hərbi müdaxiləsi.
  5. Türkiyə Azərbaycana dəstək verir, o cümlədən də hərbi təchizat və Suriyadan döyüş zonasına muzdluların göndərilməsi sarıdan.
  6. Həm Ermənistanla, həm də Azərbaycanla sərhədi olan, ərazisində milyonlarla etnik azərbaycanlı yaşayan İran bu münaqişəyə cəlb oluna bilər.

Regionun üç nəhəng ölkəsinin birbaşa toqquşmasına imkan vermək çox təhlükəlidir.


Üç “mürgüləyən” münaqişə – Dağlıq Qarabağdan başqa Cənubi Osetiya və Abxaziya da Cənubi Qafqazı keçmiş Sovet İttifaqı ərazisində ən qeyri-stabil region edir.

Cənubi Qafqazdakı hadisələrdə fəal iştirak Amerika diplomatiyasının prioriteti olmalıdır. Dövlət katibi Pompeonun qarşıdurma tərəflərini uzlaşdırmaq cəhdi təqdirəlayiqdir, amma yetərli deyil.

Bütün 25 il ərzində ABŞ Ermənistanda, Gürcüstanda və Azərbaycanda demokratik institutların və enerji layihələrinin inkişafına fəal dəstək verib. Bu da öz nəticələrini verib.

Hazırda Minsk prosesi şərçivəzində və bütün tərəflərlə əməkdaşlıq baxımından aktiv fəaliyyətə qayıtmaq zamanıdır. Gürcüstan kimi sınaqdan çıxmış və etibarlı müttəfiqlərin dəstəyi həlledici ola bilər.

Ana səhifəXəbərlərABŞ niyə Qarağdakı münaqişəni iqnor edə bilməyəcək – Avropadakı NATO qüvvələrinin keçmiş rəhbəri