Tramp və Ərdoğan

Mənbə: meydan tv

Başlıq: Tramp və Ərdoğan

ABŞ millət vəkilləri Türkiyəni S-400 müdafiə sistemini almamağa çağırıb

''Qanunvericilik orqanı Ərdoğana açıq mesaj göndərir''

ABŞ millət vəkilləri Türkiyəni Rusiyanın S-400 raket əleyhinə müdafiə sisteminin satın alınması planını ləğv etməyə çağırıb, - Azadlıq Radiosu xəbər verir.

Qərb gücləri deyir ki, Türkiyənin alacağı Rusiyaya məxsus S-400 müdafiə sistemi NATO sistemlərinə uyğun deyil və ABŞ istehsalı olan döyüş təyyarələrinə təhlükə yaradır.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin demokrat sədri Eliot Engel və respublikaçı üzvü Maykl Mekkaul (Michael McCaul) mayın 15-də deyib ki, Konqres Prezident Rəcəb Tayyib Ərdoğanın əhəmiyyətli NATO müttəfiqini götürdüyü istiqamətdən narahatdır.

"Putinlə səmimiləşmək qəbuledilməzdir. ABŞ Konqresi Ərdoğanın Rusiya S-400 hava müdafiə sistemini almasına laqeyd yanaşa bilməz. Qanunvericilik orqanı Ərdoğana açıq mesaj göndərir. Əgər belə davam edəcəksənizsə, ciddi nəticələrlə üzləşəcəksiniz," - Mekkaul deyib.

Məhkəmə Komitəsinin sədri demokrat Jerrold Nadler deyib:

"Türkiyə Vladimir Putinlə əməkdaşlıq kimi təhlükəli yolda təkid edə və öz xalqının hüquqlarını əzə bilməz".

ABŞ tələb edib ki, Türkiyə Rusiyadan S-400 müdafiə sistemini almasın. NATO müttəfiqləri də potensial təhlükə ilə bağlı narahatlıqlarını ifadə edib.

May ayının əvvəlində ABŞ müdafiə naziri xəbərdarlıq edib ki, Türkiyənin F-35 istehsalatında iştirakı Ankaranın hərəkətlərinin nəticələrindən biri olacaq.

NATO üzvü olan Türkiyə, ittifaq hərbçiləri tərəfindən istifadə üçün nəzərdə tutulmuş döyüş təyyarəsinin istehsalında iştirak edir və özü 100 jet almağı planlaşdırır.

Bir neçə türk istehsalçı şirkət F-35 üçün hissələr və avadanlıqlar istehsal edir.

"Türkiyəyə mesaj aydındır: Geniş və ikitərəfli razılıq budur ki, əgər Türkiyə, irəli gedib S-400-ü alacaqsa, o, F-35-i ala bilməz. Onlarla geniş, ikitərəfli bir razılaşma var," - respublikaçı lider Kevin Makkarti deyib.

"ABŞ-ın milli təhlükəsizlik maraqlarına əsasən çox ciddi nəticələr ola bilər," o deyib.

Ərdoğan dəfələrlə ölkəsinin S-400 müqaviləsindən imtina etməyəcəyini söyləyib. Rusiya mətbuatına görə, Ankara Moskvadan 2,5 milyard dollar dəyərində dörd S-400 müdafiə sistemi alacaq.

Türkiyəyə raket sisteminin çatdırılması bu yaya qədər bitəcək.

Tənqidlərə baxmayaraq, ABŞ millət vəkilləri Türkiyəni "uzun müddətli müttəfiq" adlandırıblar və "NATO çərçivəsində ABŞ-Türkiyə ittifaqına güclü dəstək mesajı göndərdiklərini" söyləyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fmaugu

Ən çox baxılan