ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Azərbaycanın kəşfiyyat xidməti ilə əməliyyat keçirib

Cina Hespel kimdir?

Source:


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ilk qadın rəhbəri Azərbaycanın kəşfiyyat xidməti ilə əməliyyat keçirib

Cina Hespel ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) təyin olunan ilk qadın rəhbərdir.

“Vaşinqton Post” qəzeti onunla bağlı məqalə

yayımlayıb.

Məqalədə Haspelin sirli tərcümeyi-halı, onun MKİ ilə əməkdaşlığı və digər gizli dosyelər açıqlanıb. Məqalədə deyilir ki, ABŞ-ın Kentukki ştatında dünyaya gələn Haspel 1985-ci ildə MKİ-də təcrübə keçib. O, evli deyil və uşağı yoxdur. Yaxın dostları Haspelin bütün həyatını MKİ-yə həsr etdiyini deyir. İdarəyə qoşulduqdan iki il sonra, o, Sovet yardımından ən çox bəhrələnən Efiopiyaya təyin edilib.

İki ildən sonra o Efiopiyada birillik türk dili kursuna daxil olub. Haspel Kentukki Universitetində xarici dil təhsili alıb və jurnalistika sahəsində ixtisaslaşıb.

Hespelin erkən yaşdakı kariyerasından xəbərdar olanların dediklərinə görə, 1990-cı ildə o, Ankarada məhkəmə katibi təyin edilib. Sovet İttifaqının dağılması ərəfəsində üç il orada qalıb.

Sovet İttifaqının artıq mövcud olmamasına baxmayaraq, Haspelin Rusiyaya və keçmiş Sovet Respublikalarına olan marağı artıb. Onu tanıyan MKİ əməkdaşları onun kəşfiyyat sahəsində təhsil aldığını deyirlər.

Haspel agentləri işə götürmək və onlarla gizli şəkildə ünsiyyət qurmaqla bağlı Moskvanın tətbiq etdiyi üsulları öyrənib. Dostu bildirib ki, Haspelin sevimli televiziya şoularından biri “Amerikalılar” şousudur. Çünki bu şou 1980-ci illərdə rus casusluğunu açıq şəkildə nümayiş etdirir.

7 avqust 1998-ci ildə MKİ-nin Bakı ofisində çalışarkən Haspelin karyerası tamamilə dəyişib. Əl-Qaidə Keniyada və Tanzaniyada ABŞ səfirliklərini eyni vaxtda bombalayıb. 12 amerikalı da daxil olmaqla 224 adamı öldürülüb. Bir neçə gün sonra gecəyarısı zəng gəlib və Haspel ofisə dəvət olunub. Haspel bu zaman öyrənib ki, səfirliyi bombalayan Əl-Qaidə təşkilatı ilə əlaqəli olan iki şəxs keçmiş Sovet Respublikasına rəhbərlik edib.

Məqalədə yazılır ki, Sovet zamanında “KQB” tərəfindən təlim keçmiş Azərbaycanın kəşfiyyat xidməti ilə işləyən Haspel bu adamları ələ keçirmək üçün əməliyyat təşkil edib. Birləşmiş Ştatlarda heç vaxt məhkəmə qarşısına çıxarılmasalar da, MKİ bu şəxslərin kompüterlərindən Əl-Qaidənin digər sui-qəsdi ilə bağlı qiymətli məlumatlar əldə edə bilib. Haspel bu işinə görə MKİ mükafatına layiq görülüb.

“Səfirliyin bombalanması ABŞ-ın kəşfiyyat xidmətinə açıq-aşkar mesaj idi ki, Əl-Qaidə Amerika hədəflərinə böyük zərər vermək niyyətindədir. Haspel növbəti iki il ərzində Rusiyaya qarşı əməliyyatlarda işini davam etdirir və sonra bir il MKİ-nin Avropa ofisinin rəhbərinin köməkçisi vəzifəsində çalışır. 2001-ci ildə agentliyin Terrorla Mübarizə Mərkəzinə təyinatını tələb edən Haspel 11 sentyabrda ilk iş gününə başlayır” – məqalədə deyilir.

Hespel 2002-ci ildə Tailandda “Əl-Qaidə” terrorçularına qarşı su işgəncəsinin tətbiq edildiyi təsisi idarə edib.

ABŞ Senatının Kəşfiyyat Komitəsinin respublikaçı rəhbəri Riçard Burr Haspelin namizədliyini dəstəkləyib və Donald Trampın təklifi ilə Haspel MKİ-nin yeni rəhbəri təyin olunub.

Ana səhifəXəbərlərABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Azərbaycanın kəşfiyyat xidməti ilə əməliyyat keçirib