ABŞ “Marinera” tankerinin ekipajındakı Rusiya vətəndaşlarını azad edib

ABŞ-Rusiya. Foto: Casablanca Stock/shutterstock

ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfinin müraciətinə cavab olaraq “Marinera” tankerinin ekipajında olan Rusiya vətəndaşlarının azad edilməsi barədə qərar verib. Moskva bu addımı müsbət qiymətləndirərək Vaşinqtona təşəkkür edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, tanker Şimali Atlantikada ABŞ tərəfindən aparılan əməliyyat zamanı saxlanılmışdı.

“Bizim müraciətimizə cavab olaraq ABŞ Prezidenti Tramp ‘Marinera’ tankerinin ekipajından olan iki Rusiya vətəndaşının azad edilməsi barədə qərar qəbul edib. Bu qərarı alqışlayır və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk”, – deyə Zaxarova qeyd edib.

Zaxarova əlavə edib ki, Rusiya tərəfi azad edilən vətəndaşların mümkün qədər tez ölkəyə qaytarılması ilə bağlı bütün məsələlərin təcili praktiki həllinə başlayıb.

Rusiyanın ABŞ-lə danışıqlarda xüsusi nümayəndəsi Kirill Dmitriyev “Telegram” kanalında paylaşım edərək bildirib ki, Donald Tramp “Marinera” tankerinin göyərtəsində olan bütün Rusiya vətəndaşlarının azad edilməsi barədə qərar verib.

Ana səhifəDünyaABŞ “Marinera” tankerinin ekipajındakı Rusiya vətəndaşlarını azad edib