ABŞ konqresmenlərini Azərbaycan və Türkiyəyə aparan şəxs Ermənistanda saxlanılıb

Kamal Öksüz İnterpol axtarışında olub

Source:
Kamal Öksüz
Kamal Öksüz


Kamal Öksüz İnterpol axtarışında olub

ABŞ-da dələduzluq və saxtakarlıqda ittiham olunduğu səbəbiylə İnterpol tərəfindən axtarışda olan ABŞ vətəndaşı Kamal (Kevin) Öksüz Ermənistanda saxlanılıb.

Bu barədə

BBC-türkcə

məlumat yayıb.

Ermənistan polisi Öksüzü İnterpol ilə əməkdaşlıq nəticəsində tutulduğunu açıqlayıb.

Kamal Öksüz haqqında Türkiyədə iyulun 15-də dövlət çevrilişi cəhdindən sonra “FETO”nun istintaqı başlanıb.

Türkiyə mətbuatının məlumatına görə Kamal Öksüzün iki FETO-çu ilə qohumluq əlaqəsi olduğu bildirilsə də, onlardan biri Adil Öksüzün onun qardaşı olduğu deyilsə də, bu, təsdiqini tapmayıb.

Ermənistan mətbuatı bildirib ki, avqustun 23-də Ermənistanda biznes quran Kamal Öksüz haqqında beynəlxalq həbs qərarı çıxarılıb. Eyni zamanda, Öksüzün ABŞ Nümayəndələr Məclisinin Etika Komitəsinə saxta sənəd təqdim etdiyi söylənilir.

Onun Türk-Amerika və Avrasiya xalqı üçün fəaliyyət göstərən “Avrasiya Amerikanları Turkuaz Şurası” qeyri-hökumət təşkilatının vitse-prezidenti olduğu qeyd olunur.

Ermənistan mətbuatındakı xəbərlərə görə, qeyri-hökumət təşkilatının məqsədi Türkiyə ilə Azərbaycana gəzintilər təşkil etmək və Türkiyə və Amerika vətəndaşlarını bir araya gətirmək idi. Öksüz 2013-ci ildə bəzi ABŞ Konqres üzvlərini Azərbaycana və Türkiyəyə aparıb. ABŞ qanunvericiliyinə əsasən bu xüsusi səfərlər Nümayəndələr Palatasının Etika Komitəsi tərəfindən təşkil olunub.

Bu səfərlər həmin vaxt ABŞ və başqa ölkələrin mətbuatında geniş rezonans doğurmuşdu. Xüsusilə səfərlərin maliyyələşdirməsi və xərcləri barədə lazımi sənədləri tələb olunurdu. O özünün qeyri-hökumət təşkilatının hər hansı bir mənbədən birbaşa və ya dolayı maliyyə almadığını bildirsə də, saxtakarlıqla ittiham olunurdu.Ancaq bu səfərlərin SOCAR tərəfindən maliyyələşdiyi bildirilirdi. Kamal Öksüz ABŞ vətəndaşı olduğu üçün “Kevin” adını aldı.

Ana səhifəXəbərlərABŞ konqresmenlərini Azərbaycan və Türkiyəyə aparan şəxs Ermənistanda saxlanılıb