ABŞ konqresmenindən Azərbaycan hakimiyyətinə çağırış

“Azadlıq Radiosu Bakı Bürosunun hökumət rəsmiləri tərəfindən möhürlənməsi ilə bu mənbə susdurulub və azadlıq hücuma məruz qalıb”

Source:


“Azadlıq Radiosu Bakı Bürosunun hökumət rəsmiləri tərəfindən möhürlənməsi ilə bu mənbə susdurulub və azadlıq hücuma məruz qalıb”

ABŞ Konqresinin Xarici İşlər Komitəsinin aparıcı demokrat üzvü, konqresmen Eliot L. Engel Azərbaycan hakimiyyəti tərəfindən Azadlıq Radiosunun Bakı bürosuna keçirilmiş reyd və əməkdaşların dindirilməsi haqqında bəyanatla çıxış edib.

“Mən Azadlıq Radiosu və onun heyətinə qarşı Azərbaycan hökuməti tərəfindən yol verilmiş hərəkətlərdən dərin narahatlıq keçirirəm. Mətbuat azadlığı demokratiyanın məhək daşıdır və Azadlıq Radiosu Avropa boyunca həmişə bütöv nəsillər üçün eitibarlı, qərəzsiz xəbər və informasiyaların mənbəyi olub. Azadlıq Radiosu Bakı Bürosunun hökumət rəsmiləri tərəfindən möhürlənməsi ilə bu mənbə susdurulub və azadlıq hücuma məruz qalıb” – deyilir bəyanatda.

Konqresmen Eliot L.Engel daha sonra deyib:

“Azərbaycan Rusiya və İranla həmsərhəd mühüm strateji ölkə olmaqla yanaşı enerji ehtiyatlarının aparıcı təchizatçısıdır. Sözü gedən hərəkətlərin davam etməsi Azərbaycanda demokratiyaya yalnız xələl gətirə bilər. Mən Bakıdakı liderləri Azadlıq Radiosunun öz işini bərpa etməsinə imkan yaradılmasına və radionun əməkdaşlarına qarşı təqiblərin dayandırılmasına çağırıram”.

Ana səhifəXəbərlərABŞ konqresmenindən Azərbaycan hakimiyyətinə çağırış