ABŞ Konqresində Xədicə İsmayılın taleyi məsələsi qaldırılıb

”Son həftələrdə biz Azərbaycan hakimiyyəti ilə insan hüquqları məsələləri ilə bağlı çox intensiv danışıqlar aparmışıq”

Source:


”Son həftələrdə biz Azərbaycan hakimiyyəti ilə insan hüquqları məsələləri ilə bağlı çox intensiv danışıqlar aparmışıq”

Aprelin 27-də ABŞ Konqresində insan hüquqları sahəsində layihələrin dəstəklənməsi haqqında dinləmələr keçirilib. Müzakirələr zamanı senator Ben Kardin dövlət katibinin köməkçisi Tom Malinovskiye Azərbaycanda həbsdə jurnalist Xədicə İsmayılın taleyi haqqında sual verib.

“Repressiyaların və hökumətlə razı olmayan şəxslərin təqibinin davam etdiyi Azərbaycanda faciəvi vəziyyətə qayıtmaq istəyirəm. Belə siyasi məhbuslardan biri siyasi motivlərlə 7,5 il müddətinə həbs edilmiş “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayıldır. O, korrupsiya haqqında araşdırmalar aparırdı və faktiki olaraq öz işinə görə həbs olunub. Bizim bu məsələni qaldırmaq üçün hansı diplomatik vasitələrimiz var?”, deyə Kardin soruşub.

Tom Malinovskinin cavabı belə olub: “Biz İsmayılı azad etməyə çağırmışıq və çağırırıq və onun işi haqqında yaxşı məlumatımız var. Son həftələrdə biz Azərbaycan hakimiyyəti ilə insan hüquqları məsələləri ilə bağlı çox intensiv danışıqlar aparmışıq. Zənnimcə, bunun sayəsində bir sıra siyasi məhbusların, o cümlədən İntiqam Əliyevin, Rəsul Cəfərovun, Anar Məmmədlinin azad edilməsi mümkün olub.

Biz Azərbaycan hakimiyyətinin bəzi müsbət addımlarını görürük, amma razıyam ki, bu, kifayət deyil və Xədicə İsmayıl da daxil olmaqla, bir çoxları həbsdə qalır ki, onlar orada olmamalıdır.

Hesab edirik ki, qalan siyasi məhbusların azad edilməsi, Azərbaycanda daha çox mətbuat və ifadə azadlığının təmin edilməsi bu ölkəyə və onun Amerika ilə münasibətlərinə xeyir gətirəcək”, deyə Malinovski bildirib (


Turan IA


).

Ana səhifəXəbərlərABŞ Konqresində Xədicə İsmayılın taleyi məsələsi qaldırılıb