Məruzəçilər sırasında ABŞ-ın Bakıdakı sabiq səfiri Riçard Kozlariç, Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutunun eksperti Odri Olştad olacaq
Gələn həftə ABŞ Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsinin xarici siyasət altkomitəsində Azərbaycanda insan haqqlarına dair dinləmələr keçiriləcək.
«Azərbaycan-ABŞ: təhlükəsizlik, energetika və insan haqqları» mövzusunda keçiriləcək dinləmələrdə tanınmış ekspertlər, diplomatlar və təhlilçilər iştirak edəcək.
“Turan İA”ın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, məruzəçilər sırasında ABŞ-ın Bakıdakı sabiq səfiri Riçard Kozlariç, Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutunun eksperti Odri Olştad və s. olacaqdır.