D.Tramp

Mənbə: arxiv

Başlıq: D.Tramp

ABŞ İrana qarşı bütün sanksiyaları bərpa etmək üçün hərəkətə keçib

Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasına məktub göndərib

ABŞ cümə axşamı Tehranın 2015-ci ildə dünya gücləri ilə bağladığı nüvə sazişini pozduğunu iddia edərək, İrana qarşı BMT-nin sanksiyalarını, o cümlədən silah embarqosunu bərpa etmək üçün hərəkətə keçib, - “Reuters” xəbər verir.

Vaşinqton 2018-ci ildə müqaviləni tərk edib.

ABŞ 15 üzvlü BMT Təhlükəsizlik Şurasına Tehrana qarşı ittiham məktubu göndərib və sanksiyaların tətbiq edilməsi üçün 30 günlük vaxt təyin edib.

Nüvə sazişinin qalan bütün tərəfləri - Almaniya, Fransa, İngiltərə, Rusiya və Çin - Təhlükəsizlik Şurasına dərhal ABŞ-ın addımını tanımadıqlarını bildiriblər.

Birləşmiş Ştatlar keçən həftə Təhlükəsizlik Şurasına İrana qoyulmuş silah embarqosunun oktyabr ayında bitməsindən öncə uzadılması təklifini etmişdi. Qurum bu təklifi rədd edib.

“Silah embarqosunu uzatmamaq böyük səhvdir”,- Pompeo Birləşmiş Millətlər Təşkilatındakı jurnalistlərə deyib və ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müzakirə etdiyi “birtərəfli, ağılsız” nüvə sazişini sərt şəkildə tənqid edib.

Prezident Donald Tramp nüvə sazişini “indiyədək bağlanmış ən pis sövdələşmə” adlandırıb. Pakt Tehranın sanksiyalardan azad edilməsi qarşılığında nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq məqsədi daşıyır və 2015-ci ildə Təhlükəsizlik Şurasının qətnaməsində əksini tapıb. Vaşinqton iddia edir ki, bu, ani proseslərə təkan verə bilər, çünki qətnamə hələ də onu nüvə sazişinin iştirakçısı kimi təqdim edir.

Cümə axşamı Almaniya, Fransa və İngiltərə ABŞ-ın sanksiyaların ləğvi təşəbbüsünü “ziddiyətli” adlandırıb, Rusiya və Çin isə bunun “qeyri-qanuni” olduğunu bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1awhkc

Ən çox baxılan