ABŞ insan hüquqlarını pozanlara qarşı ”amansız sanksiyalar” vəd edir

“Davranışlarını dəyişdirməsələr biz digər hökumətləri də sanksiyalara çağıracağıq”

Source: Turan İA

''Davranışlarını dəyişdirməsələr biz digər hökumətləri də sanksiyalara çağıracağıq''

ABŞ hökuməti dünyada insan hüquqlarının pozulması və korrupsiya faktlarına qarşı mübarizə məqsədilə amansız sanksiyalara əl atmaq niyyətindədir.

“Turan” Agentliyinin məlumatına görə, bu barədə çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Bizim insan hüquqlarına qarşı mübarizə üçün çox sayda alətlərimiz var… Pozucular üçün ağır maliyyə nəticələri olacağı barədə təsirli xəbərdarlıqlar veririk. Onların ABŞ maliyyə sisteminə çıxışı bağlanacaq, aktivləri isə dondurulacaq. Onlar davranışlarını dəyişdirməsələr biz digər hökumətləri də sanksiyalara çağıracağıq”, deyə, Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) direktoru Andrea Gaki Vaşinqtonda Atlantik Şurada çıxış edərkən bildirib.

Onun sözlərinə görə, OFAC-ın sanksiya proqramlarından “öz ölkələrinin sərvətlərini mənimsəyərək, vətəndaşları hesabına öz ciblərini dolduran korrupsiyaya uğramış siyasi liderlərin və onların ailələrinin cəzalandırılması” üçün istifadə olunur.

“Sanksiyalar təkcə ayrı-ayrı şəxslərə deyil, həm də onların əlaqələrinə şamil edilir, insan hüquqlarının pozulmasına və ya korrupsiyaya görə ağır cəzanı təmin edir”, deyə o bildirib.

Ana səhifəXəbərlərABŞ insan hüquqlarını pozanlara qarşı ”amansız sanksiyalar” vəd edir