ABŞ-ın vitse-prezidenti Avropanı İran nüvə razılaşmasından imtinaya çağırıb

“Avropalı tərəfdaşlarımızın biz və İran xalqı ilə birlikdə dayanması üçün vaxt yetişib”

Source:

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens (Mike Pence) Avropa İttifaqını İranla 2015-ci ildəki nüvə razılaşmasından imtina etməyə çağırıb.

Pens 15 fevral tarixində Almaniyanın Münhen Təhlükəsizlik Konfransında bildirib:

“Avropalı tərəfdaşlarımızın biz və İran xalqı ilə birlikdə dayanması üçün vaxt yetişib. Avropalı tərəfdaşlarımızın İranın nüvə razılaşmasından geri çəkilmək üçün vaxtdır”.

Müqaviləyə əsasən, əsas dünya dövlətləri İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlər müqabilində İrana sanksiyaların yüngülləşdirilməsiylə bağlı razılığa gəliblər.

ABŞ ötən il müqavilədən geri çəkildi və sanksiyaların yenidən tətbiqinə başladı. ABŞ prezidenti Donald Tramp (Donald Trump) İranın ballistik raket proqramına və ya İranın iddia edilən terror hücumunu dəstəkləyən dövlət siyasətinə toxunmadığı üçün müqavilənin “qüsurlu” olduğunu söyləmişdi.

Müqaviləyə imza atan digər tərəflər – Fransa, Almaniya, Böyük Britaniya, Avropa Birliyi, Rusiya və Çin – bu sənədi xilas etmək üçün çalışırlar.

Pensin qeydləri Almaniyanın Baş naziri Angela Merkelin Münhen konqresində müqaviləni müdafiə edən açıqlamadan sonraya təsadüf edir. O, müqaviləni Qərbin Tehrana təzyiq göstərməyə imkan verən bir “lövbər” adlandırıb.

Ana səhifəXəbərlərABŞ-ın vitse-prezidenti Avropanı İran nüvə razılaşmasından imtinaya çağırıb