ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edilib

ABŞ. Foto: Lane V. Erickson/shutterstock

Blinken yeni təyinatın əhəmiyyətindən danışıb

Luis L.Bono ABŞ-ın Xarici Əlaqələr üzrə Ali Şuranın üzvü, Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edilib.
“Turan”ın məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken açıqlama yayıb.
Bildirilib ki, Luis Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini inkişaf etdirmək və Gürcüstanın suveren ərazisini işğalda saxlayan Rusiya ilə müzakirə etmək üçün regional liderlərlə işləyəcək.

“ABŞ Ermənistan və Azərbaycana sülh sazişi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli ilə bağlı danışıqlara kömək etmək öhdəliyi götürür”, – deyə dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, Bono Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün həmfikir tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə, eləcə də ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əsasda işləyəcək:
“Onun təyinatı həm də ABŞ-ın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi əhəmiyyəti təsdiqləyir”.

Luis Bono. Foto: sosial şəbəkə

O, ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyində, Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisində və Müqəddəs Taxt-tacda müvəqqəti işlər vəkili vəzifələrində çalışıb. Eyni zamanda, Bəsrədə Milli Təhlükəsizlik Şurasında regional direktor vəzifəsində və Dövlət Katibinin İqtisadiyyat üzrə Müşavirinin müşaviri olub.
Bono həm də West Point-dəki Hərbi Kollecdə təlimatçı vəzifəsində çalışıb.

Yanvarın 5-dən Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Riker diplomatik xidmətdən təqaüdə çıxıb.

Ana səhifəXəbərlərABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edilib