ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya gedib

Uilyam Börns. Foto: “nytimes.com”

Səfərin təfərrüatları barədə məlumat verilmir

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns oktyabrın əvvəlində elan edilməmiş səfərlə Ukraynaya gedib.

Bu barədə CNN ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

“Səfər zamanı Börns ABŞ-ın Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsinin davam etdirilməsində dəstək vermək öhdəliyini bir daha təsdiqləyib”, – deyə xəbərdə vurğulanıb.

MKİ rəhbərinin Ukraynaya səfərinin və hökumət rəsmiləri ilə görüşlərinin təfərrüatları barədə məlumat verilmir.

Ancaq onun səfərinin ABŞ-ın Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə nüvə silahından istifadə etmək imkanından daha çox narahat olduğu bir vaxtda baş tutduğu bildirilib.

ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 26-da deyib ki, Amerika tərəfi Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etmək qərarına gələrsə, onun nəticələri barədə Putinə şəxsən xəbərdarlıq edib.

Ana səhifəDünyaABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya gedib