ABŞ-ın Helsinki komissiyası Azərbaycana dair xüsusi dinləmələr keçirəcək

Diqqət mərkəzində bəzi Azərbaycan rəsmilərinin son vaxtlar ABŞ səfiri Riçard Morninqstarın üzərinə hücumlar, vətəndaş cəmiyyətinə qarşı repressiyalar və…

Source:

Diqqət mərkəzində  bəzi Azərbaycan rəsmilərinin son vaxtlar ABŞ səfiri Riçard Morninqstarın üzərinə hücumlar, vətəndaş cəmiyyətinə qarşı repressiyalar və…

ABŞ-ın Helsinki komissiyası gələn həftə Azərbaycandakı vəziyyətə dair xüsusi dinləmələr keçirəcək.

“Turan İA”ın yaydığı məlumata görə, dinləmələrdə Azərbaycandakı durum, ikitərəfli münasibətlər, demokratiya və insan hüquqları sahəsində  vəziyyət barədə bir sıra məruzəçilər çıxış edəcək: “Bunların sırasında ABŞ dövlət katibinin müavinin iki köməkçisi də var – Tomas Melia (demokratiya və insan hüquqları) və Erik Rubin (Avropa işləri üzrə). Dinləmələrdə həmçinin NED təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy  və Corctaun universitetinden Brenda Şafer çıxış edəcəkdər”.

Amma dinləmələrin gündəliyi hələ açıqlanmayıb.

Şübhəsiz ki, diqqət mərkəzində  bəzi Azərbaycan rəsmilərinin son vaxtlar ABŞ səfiri Riçard Morninqstarın üzərinə hücumlar, vətəndaş cəmiyyətinə qarşı repressiyalar və rəsmi Bakının insan hüquqları sahəsində öhdəliklərinə məhəl qoymaması kimi məsələlər olacaq.

Xatırladaq ki, Helsinki komissiyasına senatorlar, konqressmenlər və eləcə də Dövlət departamentinin, Pentaqonun və ABŞ Maliyyə nazirliyinin nümayəndələri daxildir

Ana səhifəXəbərlərABŞ-ın Helsinki komissiyası Azərbaycana dair xüsusi dinləmələr keçirəcək