ABŞ Helsinki Komissiyası: Seçkidə mətbuat azadlığı təmin olunmayıb

ABŞ Helsinki Komissiyası

ABŞ Helsinki Komissiyası

Təşkilat Azərbaycanda keçirilən seçkini “azad olmayan seçki” kimi qiymətləndirib

“Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində azad seçim, mətbuat azadlığı təmin olunmayıb. Ölkədə 100-dən çox siyasi məhbusun olduğu şəraitdə bu seçkilər keçirilib”.

Bu fikirlər ABŞ Helsinki Komissiyasının “Twitter” bloqunda yazılıb. Helsinki Komissiyası Azərbaycanda keçirilmiş prezident seçkilərini “azad olmayan seçki” kimi qiymətləndirib.

TVİT

TVİT

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gk14fv

Ən çox baxılan