ABŞ “Green Card”ı pullu etmək istəyir

ABŞ, viza. Foto: Africa Studio/shutterstock

ABŞ Dövlət Departamenti ABŞ-də yaşamaq üçün yaşıl kart (“Green Card”) qazanmaq imkanı verən illik lotereyada qeydiyyat üçün bir dollar ödənişi tətbiq etməyi təklif edib.

Müvafiq dəyişikliklərin Dövlət Departamentinin Konsulluq İşləri Bürosunun konsulluq xidmətləri üçün tariflər siyahısına əlavə olunması təklif olunur.

Bu barədə ABŞ Federal Reyestrinin saytında məlumat verilib.

Dövlət Departamentinin fikrincə, bu tədbir, yalnız qaliblər arasında deyil, lotereyada iştirak edən bütün şəxslər arasında qeydiyyat yükünü “ədalətli şəkildə bölüşdürmək” imkanı yaradacaq.

ABŞ-də 1990-cı ildən fəaliyyət göstərən proqram çərçivəsində hər il xarici vətəndaşlara təsadüfi seçmə yolu ilə 50 min yaşayış icazəsi verilir (əlavə olaraq Mərkəzi Amerika ölkələri üçün hər il 5 min icazə ayrılır). İndiyədək lotereyada iştirak etmək pulsuz olub.

Ana səhifəDünyaABŞ “Green Card”ı pullu etmək istəyir